Putin “Canlı yayım”a çıxmaqdan İMTİNA ETDİ

08.06.2022 - 17:42

Rusiya prezidenti Vladimir Putin hər ilin iyun ayında Rusiya TV-lərinin efirində gerçəkləşən ənənəvi “Canlı yayım”a çıxmayacaq.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Amma Peskov deyib ki, Kreml “Canlı yayım”a hazırlaşır, bununla belə, hələlik tədbirin tarixi bəlli deyil.

“Prezidentlə “Canlı yayım” bu ay baş tuta bilməz… Tarix hələ müəyyən edilməyib, lakin həm texniki, həm də substantiv baxımdan tədbirə aktiv hazırlıq görülür. Bu, çox mürəkkəb məsələdir”, – Kreml sözçüsü vurğulayıb.

Dövlət başçısı ilə “Canlı yayım” hər il keçirlir. Prezident Rusiya telekanallarının efirində veriliş zamanı vətəndaşların suallarını cavablandırır, şikayət və istəkləri dinləyir, məmurlara tapşırıqlar verir.

2021-ci ildə “Canlı yayım” iyunun 30-da baş tutub və Putin 3 saat 42 dəqiqə ərzində 68 suala cavab verib. Ümumilikdə ona 2 milyondan çox müraciət daxil olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=176496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728