Putin İran prezidentinə zəng etdi

08.06.2022 - 17:58

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.

Cumhuriyyet.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Rəisiyə insan həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.

Bundan əvvəl KİV İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayının 21-ə çatdığını, 80-dən çox insanın yaralandığını bildirmişdi.

Faciə Cənubi Xorasan əyalətində baş verib. İranın Qızıl Aypara Cəmiyyətinin əyalətdəki məlumatına görə, qatarda 430-a yaxın sərnişin olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=176502

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728