“Biz bu oyunu çoxdan oynayırıq” – Kuleba
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mühüm açıqlamalar verib.
Cumhuriyyet.az xəbər verir ki, nazir Ukraynanın Aİ üzvlüyünə ehtiyacı olduğunu bildirib.
“Ukrayna Avropa İttifaqına namizədlik statusundan başqa heç bir alternativi qəbul etməyəcək. Bizə Aİ-nin namizədlik statusu lazımdır, potensial namizədlik sözü və ya əvəzedicilər yox. Biz bu oyunu çoxdan oynayırıq və bunun necə olacağını bilirik. Standart namizəd statusu ilə kifayətlənəcək təvazökar insanlarıq. Bizim üçün xüsusi bir şey icad edilməsinə ehtiyac yoxdur”, – XİN başçıları vurğulayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizə formasını imzalayıb, Avropa İttifaqı Şurasının prezidenti Şarls Mişel aprelin 20-də Kiyevə səfəri zamanı deyib ki, ittifaq Ukraynanın namizədlik statusu ilə bağlı ilkin nəticəni iyunun sonuna qədər açıqlayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=176504