Bayden Avropaya gəlir – Səbəb nədir?
ABŞ Prezidenti Co Bayden 25-28 iyun tarixlərində Avropaya səfər edəcək.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bayden Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada keçiriləcək NATO sammitində iştirak edəcək.
G7 sammitində üzv ölkələrin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi müzakirə ediləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=176518