“Erməni icması Türkiyənin ayrılmaz hissəsidir” – Çavuşoğlu

09.06.2022 - 19:30

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul ermənilərinin patriarxı Sahak Maşalyan və Erməni Apostol Kilsəsinin Vatikan nümayəndəsi Xacaq Barsamyan ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində məlumat paylaşıb.

“Erməni icması ölkəmizin ayrılmaz hissəsidir. Biz erməni icmasının tanınmış nümayəndələri ilə dialoqumuzu və təmaslarımızı davam etdirəcəyik”, – Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkənin sərhədləri 1993-cü ildən bağlıdır. Hazırda Türkiyə və Ermənistan arasında normallaşma prosesi davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=176562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728