ABŞ-dan Çini qəzəbləndirən ADDIM

09.06.2022 - 21:56

ABŞ Tayvana 120 milyon dollar dəyərində hərbi satış həyata keçirəcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Hərbi satış çərçivəsində döyüş gəmilərinin saxlanılmasına dəstək veriləcək. Satış barədə Konqresə məlumat verilib. Konqres razılıq verdikdən sonra gəmilər üçün ehtiyat hissələrin tədarükünə başlanılacaq.

Tayvanın Müdafiə Nazirliyi dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib.

Qeyd edək ki, satış Çinin narazılığına səbəb olub və rəsmi Pekin etiraz bəyanatı verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=176573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728