Zelenski yəhudilərdən kömək istədi

13.06.2022 - 16:26

“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi artırmağınızı xahiş edirəm”.

 

Cumhuriyyet.net xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudi Komitəsinin Qlobal Forumunun iştirakçılarına müraciətində bildirib.

 

“Rusiya ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər gücü var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”, – Zelenski çıxışında deyib.

 

Daha sonra Ukrayna Prezidenti ölkəsinə silah lazım olduğunu vurğulayıb.

 

“Bizə güclü hücum silahları lazımdır. Silah müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”, – Zelenski sözlərinə əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=176682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728