Türkiyənin narahatlığını ciddi qəbul edirik – İSVEÇ
NATO-nun baş katibi Yens Stoltenberq bu gün İsveçə səfər edib.
Cumhuriyyet.net xəbər verir ki, o, İsveçin baş naziri Maqdalena Andersson ilə görüşüb.
Paytaxt Stokholmda keçirilən mətbuat konfransında Andersson bildirib ki, ölkəsi Türkiyənin narahatlığını ciddi qəbul edir.
“Finlandiya ilə birlikdə onları həll etməyə çalışırıq. NATO və onun üzv dövlətlərinə təklif edəcəyimiz çox şey var. İsveç və Finlandiya Türkiyənin də daxil olduğu NATO ölkələrinin təhlükəsizliyinə töhfə verəcək”, – deyə o qeyd edib.
Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizə ilə bağlı ifadə etdiyi narahatlığa gəlincə, hər iki ölkə ilə yaxın dialoqda olduğunu vurğulayan Stoltenberq İsveçin antiterror qanunvericiliyində dəyişiklik etməyə başlamasını alqışladığını bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176701