Baydenin ikinci dəfə prezidentliyə namizəd olacağı təsdiqləndi
ABŞ-ın hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olacağı təsdiqlənib.
Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karine Jean-Pierre qeyd edib.
“Deyə biləcəyim odur ki, prezident dəfələrlə 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırdığını söyləyib… Sadəcə onu deyə bilərəm ki, prezident planlaşdırdıqlarını etmək niyyətindədir”, – Jan-Pier CNN telekanalında bildirib.
Ağ Ev 79 yaşlı hazırkı prezidentin yaşının ikinci müddət üçün problem olduğuna dair iddiaları rədd edir.
Jean-Pierre əlavə edib ki, ABŞ administrasiyası bu məsələyə diqqət yetirmir və prezident diqqətini ABŞ sakinləri üçün işləməyə və onların həyatını yaxşılaşdırmağa yönəldir.
Short URL: http://www.cumhuriyyet.net/?p=176725