Putin Ukraynaya görə dindirilə bilər – VƏKİL

15.06.2022 - 13:46

Ukrayna Rusiya rəhbərliyi tərəfindən edilən təcavüzə görə xüsusi tribunal yarada bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə beynəlxalq hüquqşünas, Ukraynanın Beynəlxalq Ədalət Məhkəməsindəki agenti, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib.

Onun sözlərinə görə, AŞPA, NATO PA və Avropa Parlamenti tərəfindən qətnamələrin qəbulundan sonra Ukrayna iyulun əvvəlində ATƏT-dən analoji qərar gözləyir.

“Bu, fərdi cinayət məsuliyyəti olacaq. Beynəlxalq cinayətlər dövlətin mücərrəd birləşmələri tərəfindən deyil, konkret şəxslər tərəfindən törədilir. Rusiya Federasiyasının bir dövlət kimi məsuliyyəti üçün Beynəlxalq Ədalət Məhkəməsi var. Bu gün Rusiya hakimiyyətinin başında duran Putinin məhkəməyə çıxması üçün əlimizdən gələni edəcəyik”, – vəkil bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176798

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930