Paşinyan Qaribaşvilini Ermənistana ÇAĞIRDI
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistanda işgüzar səfərdədir.
Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.
İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq.
İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=177071