Dünyada koronavirusa yoluxma artıb
Ötən həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,4 milyonu ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 300 min nəfər çoxdur.
Cumhuriyyet.az TASS-a istinadla xəbər verir ki, yoluxanların sayı may ayının sonundan bəri ilk dəfə artıb.
Bununla belə, ölüm nisbəti azalmaqda davam edir. Belə ki, yeddi gündə 8,7 min insan COVID-19 səbəbiylə həyatını itirib, bu da keçən həftə ilə müqayisədə 900 nəfər azdır, eyni zamanda 2020-ci ilin yazından bəri yeni minimumdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=177084