Ukrayna taxılı ilə bağlı İstanbulda vacib GÖRÜŞ
Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı görüş keçiriləcək.
Cumhuriyyet.az xəbər verir ki, NTV telekanalı görüşün İstanbulda baş tutacağını bildirib.
Görüşdə Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərinin iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Rusiyanın hücumu nəticəsində Ukraynadan taxılın tədarük edilməsi ilə bağlı problemlər yaranıb. Türkiyə taxılın ixracı üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır.
Short URL: http://www.cumhuriyyet.net/?p=177273