Qərb sanksiya müharibəsi aparır – Puşkov
“Qərb ölkələri Rusiyaya qarşı sanksiya müharibəsi aparır. Bu, birmənalıdır”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov deyib.
Onun fikrincə, Qərbin məqsədi Rusiyanın iqtisadi baxımdan tükənməsidir:
“Rusiyaya qarşı sanksiya müharibəsi ölkənin uzunmüddətli maliyyə və iqtisadi cəhətdən çökməsinə yönəlib. Bu müharibənin bir hissəsi kimi görülən fərdi tədbirlər, Rusiya neftinin tədarükünə Avropa embarqosunda olduğu kimi istisnaları ehtiva edə bilər və ya Qərbin ehtiyac dərəcəsindən asılı olaraq, düzəlişlərə məruz qala bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=177520