Putin Orta Asiya turnesinə çıxır
Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.
Daha sonra Putin Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.
Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=177528