Putini çəkiclə öldürəcəklər – İDDİA
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Daniel Hoffman Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanda öldürüləcəyini deyib.
Cumhuriyyet.az xəbər verir ki, Hoffman bu barədə “Daily Beast”ə danışıb.
Hoffman Rusiya liderinə qarşı mümkün hücumla bağlı təəccüblü iddialar səsləndirib və sui-qəsdi həyata keçirə biləcək insanların bir-bir adını çəkib:
“Hər şey birdən baş verəcək. Putin isə öləcək. Heç kim, “ay Vladimir, getmək istəyirsən?”, deməyəcək. Onu qəfil aldadıb öldürəcəklər. Ola bilsin ki, onu çəkiclə öldürsünlər”.
O, Putini devirmək istəyən adları da sadalayıb.
“Bu adlar Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur.
Bu üç adın liderlik ambisiyaları var. Onlar Putindən sonrakı dövrə rəhbərlik etmək niyyətindədir”,- sabiq idarə rəhbəri bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=177601