“Ukrayna müharibəni sifarişlə bitirməyəcək” – Peskova cavab

28.06.2022 - 21:54

“Müharibəni Ukrayna başlatmayıb və sifarişlə bitirməyəcək”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.

“Yenə Z-ultimatumlar? Bu müharibəni Ukrayna başlatmayıb və onu sifarişlə bitirməyəcək. Moskvadakılar adekvatlığa qayıdaraq müharibəni istənilən vaxt bitirə bilərlər: şəhərlərimizə raket göndərməyi dayandırın, qoşunlarınızı çıxarın və nüvə təbliğatından imtina edin”, – Podolyak Rusiya prezidentinin sözçüsü Dmitri Peskova cavabında bildirib.

Bundan öncəki açıqlamasında Peskov bildirib ki, Ukrayna istəsə müharibəni dayandıra bilər: “Ukrayna tərəfi bu günün sonuna qədər hər şeyi dayandıra bilər. Bunun üçün millətçi birləşmələrin və Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri, eləcə də Rusiyanın şərtlərini yerinə yetirmək lazımdır. Hər şey günün sonuna qədər bitə bilər. Qalanı artıq Ukrayna dövlətinin başçısının fikirləridir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=177624

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728