Ukrayna Suriya ilə diplomatik əlaqələri KƏSDİ

30.06.2022 - 20:15

Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyir.

Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, onun suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Suriya rejiminin Kremldəki kuratorlarının göstərişi ilə Donetsk və Luqansk vilayətlərindəki Rusiya işğalçı administrasiyalarına psevdosubyektivlik verməyə cəhd etdiyinə şübhəmiz yoxdur.

Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq konsulluq əlaqələrini dayandırmadan Suriya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edir. Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi proseduruna başlayır.

Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı cinayətləri ilə əlaqədar Ukrayna tərəfi hələ 2016-cı ildə Dəməşqdəki Ukrayna səfirliyini bağlamış, həmçinin 2018-ci ildə Suriyanın Kiyevdəki səfirliyinin bağlanması barədə göstəriş vermişdi. Suriyadakı ukraynalıların maraqları Ukraynanın Livandakı səfirliyi tərəfindən qorunur”, – bəyanatda qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930