Zelenskinin mesajını Putinə çatdıran prezident danışdı

30.06.2022 - 20:20

İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin mesajını çatdırdığını bildirib.

Cumhuriyyet.az xəbər verir ki, Coko Vidodo Moskvaya səfəri ərəfəsində Kiyevdə olub və orada Ukrayna prezidenti ilə görüşüb.

“Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında əlaqə yaratmağa hazır olduğumu bildirdim”, – Vidodo bildirib.

Oyunun 30-da Moskvada Coko Vidodo ilə Vladimir Putin arasında görüş keçirilib.

Görüşdən sonra Putin Rusiya-İndoneziya danışıqlarının yekunları üzrə jurnalistlərə deyib:

“Mən cənab prezidentə Ukrayna istiqamətində inkişaf edən vəziyyət barədə ətraflı məlumat verdim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=177823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728