Şavkat Mirziyoyev iğtişaşlar olan şəhərə getdi
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gedib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Bildirilib ki, dövlət başçısını digər rəsmi şəxslər müşayiət edirlər.
Qeyd edək ki, ötən gün Konstitusiyaya dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişlər keçirilib. İctimai qaydanın pozulması hallarının qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.
Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarını saxlayıb. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=177917