Paşinyana AĞIR ZƏRBƏ: “Soros Ermənistan” məhkəməyə verildi

03.07.2022 - 12:37


Soros Fondunun Ermənistandakı ofisinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilib.

Cumhuriyyet.az erməni mediasına istinadən xəbər verir ki, vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyanın Soros Erməni Fondunun ləğvi ilə bağlı iddiasına İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Aleksey Sukoyan baxacaq.

Vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyan “korrupsioner oliqarx Corc Sorosun Ermənistandakı ofşor ofisi”nin ləğvini tələb edirlər:

“Məsələnin böyük əhəmiyyətini və aktuallığını, eləcə də məhkəmə prosesinin uzun müddət davam etməsini nəzərə alaraq, həmin ofşor qurumun dövlətə və anti-milli fəaliyyətinə ən qısa zamanda son qoyulması vacibdir. Bütün mümkün təhlükələrin qarşısını almaq üçün biz məhkəməyə müraciət etdik ki, təhlükəsizlik tədbiri tətbiq edilsin. Qərar qanuni qüvvəyə minənədək Sorosun ofşor ofisinin fəaliyyəti dərhal dayandırılsın. Bundan sonra isə həmin bədnam ofisin Ermənistandan qovulması reallığa çevriləcək”. – Tiqran Atanesyan deyib.

İrəvan məhkəmə informasiya sistemindən verilən məlumata görə, iddia ərizəsi məhkəməyə iyunun 14-də daxil olub. Artıq baxılması üçün məhkəmə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, “Soros Ermənistan” fondu müxalifət düşərgəsi tərəfindən hazırkı baş nazir Nikol Paşinyanı maliyyələşdirməkdə ittiham olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177924

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031