Boris Conson bu gün istefa verə bilər

07.07.2022 - 13:03

Böyük Britaniyanın Baş naziri Boris Consonla bağlı qalmaqal böyüyür. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada Consonu istefaya çağıranların sayı artmaqdadır.

İyulun 5-dən başlayaraq Böyük Britaniya hökumətinin bir neçə naziri istefa verib. Onlar addımlarını baş nazirə etimadsızlıqla əsaslandırıblar.

Boris Consona etimadsızlıq məsələsinin ortaya çıxması onun adı bir sıra qalmaqallı hadisələrdə çəkilən Kristofer Pinçerə hakim partiyada yüksək vəzifə verməsilə bağlıdır.

Britaniya mətbuatının məlumatına görə, Boris Consonun istefasını bu gün gözləmək olar.

Britaniya xarici işlər nazirinin Avropa və ABŞ məsələləri üzrə keçmiş müavini Kristofer Pinçer bundan əvvəl London klubunda sərxoş halda dava edib. Bəzi siyasətçilər Baş nazir Boris Consonun Pinçeri Mühafizəkarlar partiyasının parlament fraksiyasının koordinator müavini vəzifəsinə təyin etməsinə qarşı çıxırlar.

Conson artıq üzrxahlıq edib və geriyə baxanda səhv etdiyini söyləyib. Lakin onun keçən ftəki etirafın ardınca baş nazirə inamsızlıq səbəbindən bir sıra istefalar baş verdi.

Məlumata görə, ən azı 50 məmur Britaniya hökumətini Consona etimadsızlıq və onun rəhbərlik üsulları ilə razılaşmadığı üçün tərk edib.

Xatırladaq ki, may ayında baş nazir Mühafizəkarlar Partiyasına etimadsızlıq səsverməsi prosedurundan keçib. O zaman Conson partiya nümayəndələrinin dəstəyini (211 nəfər lehinə, 148 nəfər əleyhinə) alaraq postunda qalmağı bacardı.

Qanunla oxşar prosedur yalnız bir ildən sonra gerçəkləşə bilər. Amma Britaniya mediasının məlumatına görə, Mühafizəkarlar Partiyasının komitəsi iyulun 11-də öz rəhbərliyinə seçkilər keçirəcək ki, bu da partiya liderinə etimadsızlıq səsverməsi ilə bağlı qaydaları dəyişdirə bilər.

Bu, Consonun ilk dəfə tənqid atəşinə tutulması və vəzifəsini itirmək təhlükəsi ilə üzləşməsi halı deyil. Məsələn, koronavirus epidemiyası vaxtı hökumətin qərargahında karantin rejiminin pozulması ilə keçirilən ziyafət də Baş naziri gündəmə gətirmişdi.

2021-ci il aprelin 16-da Şahzadə Filipin dəfn mərasimi ərəfəsində, Böyük Britaniyada hələ də məhdudiyyətlərin mövcud olduğu və ölkədə milli matəm elan edildiyi bir vaxtda daha iki ziyafətin keçirildiyi üzə çıxanda Conson ətrafında vəziyyət daha da pisləşmişdi. Baş nazir daha sonra üzr istəmiş və polisinin kəsdiyi cəriməni ödədiyini bildirmişdi.

Boris Conson 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazir postunda əyləşib. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisində qələbə qazanan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

A.Qorxmaz

Modern.az
Modern.az
Müəllifin digər yazıları
FacebookTwitterLinkedInMessengerGoogle TranslateTelegramWhatsAppSMSMore1
Bizi sosial şəbəkəl

Short URL: http://www.cumhuriyyet.net/?p=178138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728