Lavrov G-20 toplantısını yarımçıq tərk etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G-20 toplantısını yarımçıq tərk edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Lavrov rəsmi naharda iştirak etməyəcək, həmçinin günün ikinci yarısında G-20 nazirlərinin iclasına qatılmayacaq.
Qeyd edək ki, G-20 ölkələrinin XİN başçıları Lavrovla birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=178196