Ərdoğan Putinlə İranda görüşəcək
Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək.
Cumhuriyyet.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, səfər iyulun 19-da planlaşdırılıb.
Peskov deyib ki, səfər çərçivəsində Putinin iranlı həmkarı İbrahim Rəisi ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Sözçü deyib ki, hələlik Rusiya-Ukrayna danışıqlarının bərpasından söhbət getmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=178374