Polşa ABŞ-dan 116 ədəd tank alacaq

15.07.2022 - 22:54

Polşa ordusu ABŞ-dan 116 işlənmiş “Abrams” tankı almaq istəyir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.

Tanklar Ukrayna silahlı qüvvələrinə təhvil verilənləri əvəz edəcək.

Məlumata görə, artıq ABŞ administrasiyası ilə razılıq əldə olunub.

İlk tədarüklər 2023-cü ilin əvvəlinə planlaşdırılır. Qeyd olunub ki, istifadə olunan tanklar bir neçə yüz tankın Ukraynaya təhvil verilməsindən sonra Polşada yaranan zirehli texnika çatışmazlığını aradan qaldıracaq.

Polşa rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə 200-dən çox T-72 tankı və bir neçə onlarla piyada döyüş maşını təhvil verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=178603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728