Çavuşoğlu iranlı həmkarı ilə müzakirə apardı

17.07.2022 - 15:37

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğl və iranlı həmkarı Hoseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Cumhuriyyet.az İRNA agentliyinə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında siyasi əlaqələri və iyulun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana planlaşdırılan rəsmi səfəri barədə müzakirə aparıblar.

Qeyd edək ki, sabah Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə gerçəkləşir. Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi və iyulun 19-da Astana formatı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Qeyd edək ki, iyulun 19-da Tehranda Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=178633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728