İranın nüvə müzakirələri bitmək üzrədir – Müqavilə olmaya bilər

17.07.2022 - 19:56

İranın nüvə sazişinin yenilənməsi üzrə danışıqlar yekunlaşmaq üzrədir, lakin bu danışıqların Tehranla digər dövlətlər arasında razılaşmaya gətirib çıxaracağı bəlli deyil.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi yüksək vəzifəli Avropa İttifaqı rəsmisinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, danışıqlarda ciddi irəliləyiş əldə olunub.

“Dohada danışıqların bir raundu keçirdik, bu da nəticə vermədi. Biz Tehrandan və amerikalılardan bəzi ideyalar gözləyirik”, – Aİ rəsmisi bildirib.

Fransanın xarici işlər naziri bu həftə bəyan edib ki, razılaşmanın bərpasına bir neçə həftə qalıb və İran sazişi imzalayıb-imzalamayacağına qərar verməlidir.

İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib.

Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.

Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178671

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930