Şoyqu Rüstəm Muradova əmr etdi: Ukraynanın bu yerlərini vurun!

18.07.2022 - 10:35

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qrupuna baxış zamanı deyib ki, prioritet Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsidir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Ordu generalı Sergey Şoyqu qrupun zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandirə Ukraynanın uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsini, onlardan Donbas qəsəbələrinin yaşayış məntəqələrinin atəşə tutulmasını və əkin sahələrinin qəsdən yandırılmasını prioritet hesab etməyi tapşırıb”, – məlumatda bildirilib.

“Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov (Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri-red.) “düşmən qüvvələrinin darmadağın edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə mövcud vəziyyət və gedişat haqqında” nazirə məruzə edib.

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.

Short URL: http://www.cumhuriyyet.net/?p=178691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728