Mirzoyan Polşaya gedir
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyulun 19-da Polşaya səfər edəcək.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Twitter”də hesabında bildirib.
O qeyd edib ki, Ermənistan XİN başçısı səfər çərçivəsində polşalı həmkarı Zbiqniev Rau və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək:
“Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda Ermənistan-Polşa əlaqələri, regional stabillik müzakirə olunacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=178763