Sergey Narışkin İrəvana gəldi – Paşinyanla görüşdü

18.07.2022 - 17:11

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Baş nazir qeyd edib ki, Narışkinin səfəri Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin gündəliyində duran məsələlərin müzakirəsi üçün daha bir yaxşı fürsətdir.

Nikol Paşinyan bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq, birgə səylər nəticəsində qarşılıqlı fəaliyyətin daha səmərəli və güclü olmasına əminliyini ifadə edib.

Sergey Narışkin qəbula görə təşəkkür edib, Ermənistan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verən yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu qeyd edib.

Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Cənubi Qafqaz regionunda gedən proseslərə toxunulub.

Xatərladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana gəlmiş və baş nazir Nikol Paşinyan ilə görüşmüşdü. Tərəflər Cənubi Qafqazda baş verən proseslərə dair fikir mübadiləsi aparmışdılar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930