Rusiya İranla münasibətləri yeni səviyyəyə qaldıracaq
Rusiya İranla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağı planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi yeni dövlətlərarası saziş imzalamağa hazırlaşırlar, yulun 19-da Tehranda keçiriləcək görüşdə saziş müzakirə ediləcək.
Uşakov qeyd edib ki, İran Rusiyanın mühüm tərəfdaşıdır və Moskva ilə Tehran arasında münasibətlər uzun tarixə malikdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=178811