Aİ-dən Rusiyaya qarşı yeni SANKSİYALAR

18.07.2022 - 20:17

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər naziri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi barədə razılığa gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto məlumat verib.

O vurğulayıb ki, artıq tətbiq edilmiş sanksiyalar daha da dəqiqləşdiriləcəl. Enerji daşıyıcılarına yeni məhdudiyyətlər nəzərdə tutulmayıb.

“Biz çox ciddi şəkildə vurğuladıq ki, “Qazprombank”a qqarşı yeni məhdudiyyətlər sanksiyalar siyahısına daxil edilsəydi, Macarıstan tərəfdən ona dəstək verə bilməyəcəyik, ona görə də artıq qəbul edilmiş sanksiyalar təklifinə “Qazprombank” daxil deyil. enerji daşıyıcılarının daşınmasına heç bir məhdudiyyət qoyulmur”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketinə qızıla embarqo, ikili təyinatlı məhsulların ticarəti ilə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi daxil ola bilər.

Bundan əlavə, Rusiya baş nazirinin müavini, bir sıra siyasi liderlər və “Sberbank” daxil olmaqla Aİ-nin sanksiya siyahısına daha qırx səkkiz nəfər və doqquz təşkilat əlavə olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=178816

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930