Ermənistan və Polşa XİN rəhbərləri görüşdü
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşaya səfəri çərçivəsində xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri “Twitter”də bildirib.
Onun sözlərinə görə, nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.
Görüşlərdə Polşa-Ermənistan münasibətləri, regional təhlükəsizlik və stabillik müzakirə olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=178848