Putin Ərdoğana təşəkkür etdi

19.07.2022 - 21:58

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Cumhuriyyet.az  xəbər verir ki, Kreml görüş barədə məlumat yayıb.

Görüş zamanı Rusiya prezidenti Ərdoğana Ukraynadan taxıl ixracına göstərdiyi köməyə görə təşəkkür edib. O qeyd edib ki, tərəflər Türkiyənin yardımı sayəsində bu problemin həllində “irəliyə gediblər”.

“Vasitəçilik səylərinizə, ərzaq məsələləri, Qara dəniz vasitəsilə taxıl ixracı problemlərinə dair danışıqlar üçün Türkiyə platforması təmin etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Sizin vasitəçiliyinizlə biz irəlilədik. Düzdür, bütün məsələlər hələ həll olunmayıb, amma hərəkətin olması artıq yaxşıdır”, – deyə Putin bildirib.

Türkiyə prezidenti Rusiyanın “taxıl problemi” ilə bağlı danışıqlarda mövqeyini “pozitiv və konstruktiv” adlandırıb, danışıqlar prosesinin nəticəsinin beynəlxalq siyasi gündəmin mövzusu olacağına ümid etdiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031