Şoyqu “Qərb” qoşunlarına göstəriş verdi: Ukrayna PUA-larını dərhla məhv edin!

20.07.2022 - 10:39

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Qərb” qoşunları qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz təyyarələrin məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, nazir komanda məntəqəsində “Qərb” qoşunları qrupunun komandiri, general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.

“Dinləmənin yekunlarına əsasən, ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonları üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması, həmçinin onların ciddi şəkildə məhv edilməsi barədə göstərişlər verib”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” qruplaşmasına, general-polkovnik Aleksandr Lapinin komandanlığındakı “Mərkəz” qruplaşmasına, həmçinin general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi “Şərq” qruplaşmasına baxış keçirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031