“Onlar verdikləri vədi yerinə yetirməsələr…” – Ərdoğan sərt danışdı

20.07.2022 - 16:46

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Burada gizli bir şey yoxdur”.

Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan həmçinin şərtlərini də açıqlayıb:

“Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=178987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728