Macar nazir Lavrovla görüşdə “Xarı bülbül” qalstuku taxdı – FOTOLAR

22.07.2022 - 14:15

Ötən gün Macarıstanın xarici işlər naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı taxdığı qalstuk müzakirələrə səbəb olub.

Cumhuriyyet.az xəbər verir ki, nazir Moskvada olan görüşə üzərində xarıbülbül simvolu olan qalstuk taxıb.
Qalstukun arxa hissəsində isə “Qarabağ” və “Xarı bülbül” yazıları əks olunub.

Qeyd edək ki, məşhur olan qalstuk 2015-ci ildə İtaliyanın “Andrew’s Ties” brendinin Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi “La Cravatte Italiana” şirkətinin sifarişi ilə istehsal edib.

“Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarı bülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib.

Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib.
Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb.
Qalstuklar 100% ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8 sm, uzunluğu 154 sm-dir.
Brend isə 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=179183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728