Rusiya HIMARS-ları vurduğunu iddia edir – Kiyev təkzib edir

22.07.2022 - 18:49

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynaya verdiyi HIMARS raket sistemlərini vurduğunu iddia edib.

Cumhuriyyet.az xəbər verir ki, Nazirlik 5-20 iyul tarixləri arasında ABŞ istehsalı 4 HİMARS raket buraxılış qurğusu və ona aid yükləmə maşınını vurduğunu bildirib.

Ukrayna Moskvanın iddialarını rədd edib. Rəsmi Kiyev iddiaları Qərbin Ukraynaya dəstəyini sarsıtmağa hesablanmış “saxta məlumat” adlandırıb.

Qeyd edək ki, ABŞ indiyədək Ukraynaya 8 HIMARS raket sistemi verib. Kiyev bu sistemlərdən istifadə edərək Rusiyaya ağır zərbələr endirib. Vaşinqton tezliklə əlavə raket sistemlərinin və sursatların tədarük ediləcəyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179221

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930