Bayden yaxşılaşır

23.07.2022 - 11:11

Koronavirusa yoluxan ABŞ prezidenti Co Baydenin vəziyyəti yaxşılaşıb.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ liderinin həkimi Kevin O’Konnor deyib.

Onun sözlərinə görə, C.Bayden “Paxlovid” dərmanı qəbul etməyə başlayıb:

“Onun simptomları vəziyyətinin yaxşılaşdığını göstərir”.

Həkim qeyd edib ki, dördüncü gün axşam saatlarında Ağ Ev rəhbərinin temperaturu təxminən 37,4 dərəcə olub. Dərman qəbul etdikdən sonra “temperatur normal olaraq qaldı. Nəbzi, təzyiqi, tənəffüs ritmi və saturasiyası normaldır”.

Xatırladaq ki, Co Bayden iyulun 21-i koronavirusa yoluxub.

Short URL: http://www.cumhuriyyet.net/?p=179259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728