Almaniyada parlament binası üzərində LGBT bayrağı asıldı – Gey-paradın şərəfinə
İyulun 23-də Almaniyanın paytaxtı Berlində keçirilən gey-paradın şərəfinə ilk dəfə olaraq parlament binasının – Bundestaqın üzərində LGBT bayrağı dalğalandırılıb.
Cumhuriyyet.az yerli KİV-ə istinadən bildirir ki, bayraq səhər saatlarından Bundestaq binasının cənub-qərb qülləsində yerləşdirilib.
Şərq və qərb tərəflərində daha iki bayraq qaldırılıb.
Qeyd edək ki, 2022-ci ilin aprelində Almaniya Daxili İşlər Nazirliyi LGBT icmasının bayrağının dövlət qurumlarının qarşısında və ya üzərində qaldırılmasına rəsmən icazə verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=179309