Ərdoğan Lozanna müqaviləsindən danışdı: “Pozulub…”

24.07.2022 - 16:11

“Bildirmək istəyirəm ki, Yunanıstan Lozanna müqaviləsinin şərtlərini pozur”.

Cumhuriyyet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsi ilə bağlı açıqlamasında deyib.

“Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi. Eyni zamanda, Yunanıstanda qalan türk azlığının hüquqları təmin olundu. Sahillərimizə yaxın olan yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasını diqqətlə izləyib. Lakin son dövrdə müqavilədə qeydə alınan şərtlər, xüsusilə türk azlığının hüquqları Yunanıstan tərəfindən pozulub”, – Ərdoğan əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728