Ukraynada öldürülən uşaqların yeni SAYI

24.07.2022 - 19:06

Rusiya Federasiyasının Ukraynaya qarşı bir neçə aydır davam edən müharibəsi nəticəsində 358 uşaq həlak olub, 684 azyaşlı yaralanıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il iyulun 24-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində öldürülən uşaqların rəsmi sayı gün ərzində dəyişməyib – 358 nəfər, yaralananların sayı artıb – 684 nəfərdən çox”, – rəsmi açıqlamada deyilir.

Qeyd olunub ki, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün beş ayı ərzində Ukraynada 1042 nəfərdən çox uşaq zərər çəkib. Ən çox Donetsk vilayətində – 361 nəfər, Xarkovda – 194 nəfər, Kiyevdə – 116 nəfər, Çerniqovda – 68 nəfər, Luqanskda – 61, Nikolayevdə – 54, Xersonda – 54, Zaporojyedə – 40 uşaq zərər çəkib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728