Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı

25.07.2022 - 20:13

Avropa İnvestisiya Bankı (AİB) infrastrukturun bərpası və Ukrayna xalqına dəstək üçün Ukraynaya 1,59 milyard avro ayırıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

AİB vasitəsilə həyata keçirilən ikinci yardım paketinin 1,05 milyard avroluq hissəsi dərhal Ukraynaya veriləcək. İlk yardım paketi çərçivəsində Aİ Kiyevə 668 milyon avro ayırıb.

“Ukraynadakı son dərəcə çətin vəziyyəti nəzərə alaraq, AİB Direktorlar Şurası bu gün ölkənin infrastrukturunun maliyyələşdirilməsində yaranan boşluqların aradan qaldırılması və təcili ehtiyacların ödənilməsi üçün Ukraynaya 1,59 milyard avro məbləğində əlavə maliyyə dəstəyini təsdiqləyib”, – Komissiyanın məlumatında deyilir.

Yardım Ukraynada ümumi dəyəri 540 milyon avro olan AİB tərəfindən maliyyələşdirilən layihələrə yenidən start verəcək.Layihələr enerji, enerji səmərəliliyi, yollar, nəqliyyat, təhsil və infrastruktur, həmçinin yenidənqurma və reabilitasiya proqramlarını əhatə edəcək.

Ukraynanın maliyyə naziri Serhiy Marçenko AİB və Aİ-yə uzunmüddətli əməkdaşlığa, maliyyə dəstəyinə və Ukraynaya lazım olan müddətdə dəstək verdiyinə görə təşəkkür edib.

Bundan əvvəl Aİ Ukraynaya Avropa Sülh Fondundan 500 milyon avro məbləğində vəd edilmiş hərbi yardımın beşinci hissəsini təsdiqləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel yardımın ümumi məbləğinin 2,5 milyard avro təşkil etdiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930