Ərdoğan: “Madriddə imzalanan memorandum sadəcə dəvətdir”

26.07.2022 - 13:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiyanın NATO-ya qoşulmasına icazə verməyəcəyini bildirib.

Bu barədə TRT telekanalı məlumat verib.

“İsveç və Finlandiya terror təşkilatlarını dəstəkləməkdən əl çəkmədikcə NATO-ya üzvlüklə bağlı bizdən müsbət yanaşma gözləməməlidirlər. Bu məsələdə heç kim bizdən güzəştlər gözləməsin”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin terrorçu hesab etdiyi kürd silahlı birləşmələri və partiyalarının dəstəyi ilə bağlı vəziyyət dəyişməzsə, Türkiyə parlamenti yeni ölkələrin NATO-ya daxil olmasına razılıq verməyəcək.

“Əgər onlar dərhal NATO-ya qəbul olunacaqlarını düşünürlərsə, bu, göründüyü qədər asan deyil. Madriddə imzalanan memorandum sadəcə dəvətdir və biz bunu bütün NATO – da olan həmkarlarımıza söylədik”, – deyə Ərdoğan xatırladıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=179450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930