Şröder Moskvaya gəldi – Putinlə görüşə bilər

26.07.2022 - 20:00

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfərə gəlib.

Cumhuriyyet.az  xəbər verir ki, o, Moskvaya tətilə gəldiyini bildirib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şröderlə Putin arasında təmaslar istisna edilmir.

“Bizim bildiyimizə görə, o, həqiqətən də Moskvadadır. Hələlik görüşlər yoxdur, lakin biz təmasları istisna etmirik”, – Peskov bildirib.

Keçmiş kansler “Qazprom”un baş ofisinin yaxınlığındakı oteldə qalıb. “Bir neçə gündür ki, tətildəyəm. Moskva gözəl şəhərdir”, – deyə Şröder Almaniyanın NTV telekanalının müxbirinə bildirib.

Peskovun sözlərinə görə, indi Putin Şröderlə kansler olduğu vaxtdan daha az əlaqə saxlayır.

“Spiegel” nəşri yazıb ki, Şröder Moskvada enerji ilə bağlı danışıqlar aparır,

Şröderin 77 yaşı var. 1998-2005-ci illərdə Almaniya Federativ Respublikasının kansleri olub. 2006-cı ildən Şröder “Nord Stream AG” (Şimal axını) Səhmdarlar Komitəsinin sədri, 2017-ci ildən “Rosneft”in Direktorlar Şurasının sədridir. Ukraynada müharibə başlayandan sonra o, Rusiya şirkətlərindəki vəzifələrindən imtina edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728