Çin liderindən Baydenə sərt xəbərdarlıq – Odla oynamayın!

28.07.2022 - 22:54

Xəbər verdiyimiz kimi, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Cumhuriyyet.az xəbər verir ki, Çin tərəfi telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb.

CCTV-nin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər və Tayvan mövzularına toxunulub.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında münasibətləri strateji rəqabət kimi qəbul etmək düzgün deyil, lakin Tayvan məsələsində Çin öz suverenliyini müdafiə etməyə hazırdır.

“Çin hökumətinin və Çin xalqının “Tayvan məsələsi” ilə bağlı mövqeyi ardıcıl olub və 1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək əzmindədir”, – deyə Çin lideri bildirib.

Ölkə başçısı ABŞ-a rəsmən xəbərdarlıq edib: “Odla oyananlar özlərini yandıracaq. Ümid edirik, ABŞ bunu aydın başa düşür”.

Qeyd edək ki, Ağ Ev telefon danışığı barədə ətrafı məlumat yaymayıb, yalnız görüşün 2 saat 17 dəqiqə davam etdiyi bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179636

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728