Qərb Kiyevi sülhə hazırlayır – Kulebadan etiraf
Kiyevin bəzi Qərb tərəfdaşları Rusiya ilə danışıqlar məsələsində maraqlıdır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
XİN başçısı vurğulayıb ki, enerji resursları ilə bağlı problemlər səbəbindən bir çox Qərb dövlətləri Rusiya ilə sülh danışıqlarına başlamaq üçün təkliflər verir.
“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını sakit şəkildə izah etməyə çalışırq”,- deyə nazir çıxışında qeyd edib. Onun sözlərinə görə, Kiyev Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.
Xatırladaq ki, Rusiya rəsmiləri Qərb ölkələrini Kiyevlə danışıqlara mane olmaqda ittiham edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=179651