Vuçiçdən Kosovo açıqlaması: Tezliklə…
Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə yaşanan gərginliyin tezliklə həll olunacağına ümid edir.
Cumhuriyyet.az xəbər verir ki, Vuçiç paytaxt Belqradda Serbiyanın Baş qərargah rəisi Milan Moysiloviç, eləcə də NATO-nun Kosovodakı Qüvvələrinin komandanı ilə görüşüb.
Prezident qarşıdakı dövrdə Kosovo ilə həll yolu tapılacağına inandığını söyləyib.
Qeyd edək ki, Kosovo hökuməti avqustun 1-dən serblər də daxil olmaqla, hamı üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi barədə qaydaların sentyabrın 1-nə qədər təxirə salındığını açıqlayıb.
Kosovo serbləri həmin qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub.
Mövcud vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=179864