Ukrayna qüvvələri artıq Vladivostokda… – Aretoviç
Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında Ukrayna Silahlı Qüvvələrində ağır silahlar yoxdur.
Cumhuriyyet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Aparatının rəhbərinin ştatdankənar müşaviri Aleksey Aretoviç deyib.“Müdafiə qüvvələri təqribən 1300 km-lik cəbhə xətti ilə müharibə aparmalıdır və ümumilikdə 2600 km-dən çox sərhəd qorunmalıdır. Tam və effektiv hücum üçün bizim kifayət qədər ağır texnikamız yoxdur. Siz başa düşməlisiniz ki, bu, yerli müharibə deyil – bu, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir. Və biz bu qədər çox döyüşün öhdəsindən gələ bilməyəcəyik”,- Aretoviç bildirib.
O, həmçinin qeyd edib ki, əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, Ukrayna qüvvələri artıq Vladivostokda olardı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=179985