ABŞ ərəb ölkəsinə 2 milyard dollarlıq raket satdı

04.08.2022 - 00:36

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) THAAD adlı hava hücumlarından müdafiə sistemi üçün raketlərin satılmasına razılıq verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin dəyəri 2.2 milyard dollardır. Müqaviləyə raketlərlə yanaşı texniki yardım və ehtiyat hissələr də daxildir.

Məlumata görə, Konqresin də razılıq verməsindən sonra silah satışı başlayacaq.

Qeyd edək ki, ABŞ-dan alınan THAAD sistemləri ilə BƏƏ Yəməndəki husilərin hücumlarının qarşısını alır.

Short URL: http://www.cumhuriyyet.net/?p=180076

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728